Qadın seçici manifesti
Biz, qadınlar, Gürcüstan əhalisinin və buna uyğun olaraq, seçicilərin yarıdan çoxunu təşkil edirik. Lakin, buna baxmayaraq, səsimiz kifayət qədər ucadan eşidilmir. Problemlərimiz və çətinliklərimiz isə, çox vaxt dövlət, müxalifət partiyaları və ya ictimaiyyət tərəfindən tədqiq olunmur və nəzərə alınmır.
Biz, qadınlar, əsrlər boyu seçkilərdə iştirak, təhsil, səhiyyə, işlə təmin olunma və digər fundamental hüquqlar uğrunda mübarizə aparmışıq və bu mübarizə bu gün də davam edir, çünki bu hüquqların qorunması üçün təminatlar möhkəm deyil.
Bu gün, biz qadınlar, mübarizə aparırıq:
- Etnik/dini və digər azlıq nümayəndəsi qadınların bərabər iştirakını təmin etmək və ölkənin siyasi, sosial, mədəni və iqtisadi həyatında tam iştirakımızı əngəlləyən maneələrin aradan qaldırılması üçün;
- Səhiyyə xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığının təmin edilməsi, ödənişsiz əmək fəaliyyətinin tanınması və bölüşdürülməsı, sağlam bir mühitin və layiqli sosial müdafiə sisteminin yaradılması üçün;
- “Rus qanunu”, gender kvotalarının ləğvi, “LGBT propagandası” və sistematik təzyiqi, bərabərsizlikləri və müxtəlif qruplara qarşı ayrı-seçkiliyi təşviq edən bütün təhqiredici dəyişikliklərə qarşı;
- Qeyri-demokratik dövlət formalarına qarşı.
Bu manifestlə, etnik azlıqlarin yaşadiği bölgələrdə yaşayan qadınlar olaraq, 2024-cü ilin 26 oktyabr seçkilərindən 10 gün əvvəl, konstitusiyanın zəmanət verdiyi təhlükəsizlik, rifah, siyasi iştirak və iqtisadi sabitlik təminatlarını tələb edirik.
Bu gün, biz qadınlar, hər sahədə və hər kontekstdə zorakılığa məruz qalırıq və gündəlik həyatımız da təhlükəsiz deyil. Buna görə:
Dövlət, qadınların və qızların zorakılıqdan qorunmasını, gender əsaslı cinayətlərin qarşısının alınmasını, onların üzərində vaxtında reaksiya verilməsini, cinayətkarların cəzalandırılmasını və qurbanların psixo-sosial reabilitasiyasını və dəstəyini təmin etməlidir.
Bilməliyik ki, biz tək deyilik və bizi qorumaq üçün polis, məhkəmə və digər strukturlar var və bütün zorakılıq edənlər qanun qarşısında cavabdehdir. Gender əsaslı zorakılığın qarşısının alınması və prevensiyası üçün, qanunla nəzərdə tutulan tədbirlər zorakılıq edənlərin münasibətlərinin və davranışlarının dəyişməsinə yönəlməli, qurbanların ehtiyaclarına uyğun dəstək proqramlarının təklif edilməsinə çalışmalıdırlar.
Ölkədə zorakılıq qurbanları üçün yardım xidmətlərinin əlçatanlığı və keyfiyyəti artırılmalıdır. Onların psixoloji və hüquqi yardım almaq imkanları olmalıdır.
Biz qadınlar, tez-tez bədənimizlə bağlı qərarlar verməkdə çətinlik çəkirik və ya bədənimiz və hüquqlarımız haqqında məlumatımız olmur. Buna görə də:
Cinsi və reproduktiv sağlamlıq məsələləri milli strategiyalarda və proqramlarda, o cümlədən səhiyyə, təhsil və sosial müdafiə sahələrində tam şəkildə əks olunmalıdır.
Dövlət bütün qadınların, xüsusilə də kənd yerlərində yaşayan qadınların, aztəminatlı, əlil və etnik azlıqların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə bərabər əlçatan olmasını təmin etməlidir.
Cinsi və reproduktiv sağlamlıqla bağlı məlumatların və xidmətlərin etnik azlıqların dillərində, o cümlədən azərbaycan və erməni dillərində təqdimatı təmin edilməlidir.
Həyati önəm daşiyir, aztəminatlı vətəndaşlar üçün reproduktiv sağlamlıq proqramlarının tətbiq olunması. Bu proqram aşağıdakıları əhatə etməlidir: reproduktiv sağlamlıqla bağlı pulsuz konsultasiyalar, pulsuz kontraseptiv vasitələrə əlçatarlıq, hamiləlik dövründə pulsuz tibbi nəzarət, pulsuz doğuş, postnatal qulluq və digər xidmətlər.
Qadınların müstəqil şəkildə öz cinsi və reproduktiv sağlamlığı ilə bağlı qərar qəbul etmək hüququ, məcburiyyət, ayrı-seçkilik və zorakılıq olmadan təmin edilməlidir.
Erkən və ümumi təhsil sisteminin tədris proqramlarında əhatəli cinsi təhsilin tətbiqi təmin edilməlidir ki, uşaqlar yaşlarına uyğun olaraq öz hüquqları və sağlamlıqları haqqında müvafiq məlumat əldə etsinlər.
Biz, qadınlar, bu ölkədə bir çox müharibələr, qarşıdurmalar və yoxsulluqdan keçmişik. Lakin buna baxmayaraq, sülh və təhlükəsizlik sahəsində maraqlarımızın nəzərə alınması yalnız simvolik xarakter daşıyır. Buna görə də:
Milli təhlükəsizlik konsepsiyası qadınların sülh və təhlükəsizlik sahəsində əsas aktorlar kimi səslərinin nəzərə alınmasını əhatə etməlidir;
Qeyri-rəsmi qadın təşəbbüslərinə və ictimai diplomatiya layihələrinə fəal dəstək artırılmalıdır;
Qadınların münaqişələrin həlli məsələlərində və sülh missiyalarında/ müzakirələrdə təmsilçiliyi artırılmalıdır;
Dövlət 2020-ci ildə keçirilən seçki islahatının təşəbbüsü ilə qadınların qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin artırılmasına, o cümlədən gender kvotası mexanizminin qanunvericiliyə qaytarılmasına yönəlmiş prosesi davam etdirməlidir;
Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları yalnız əsaslı bərabərliyə nail olmaq prosesini deyil, eyni zamanda etnik azlıqların və qadınların ehtiyaclarını, o cümlədən qadın təmsilçiliyinin artırılmasını da nəzərə almaqla dəstəkləyəcək gender bərabərliyi siyasəti hazırlamalıdırlar;
Biz, qadınlar, çox vaxt gündəlik həyatımıza və inkişaf imkanlarımıza təsir edən əmək, mədəni-sosial və ya digər bərabərsizlik formaları ilə qarşılaşırıq. Buna görə də:
İşgüzar münasibətlərin bütün mərhələlərində ayrı-seçkiliyin aradan qaldırılması vacibdir, buna görə də həm dövlət müəssisələrində, həm də özəl sektorda işləyənlər üçün ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün effektiv mexanizmlərin təqdim edilməsi tələb olunur;
Qadın və kişilərin, o cümlədən məktəbəqədər, ümumi, peşə və ali təhsil almaq üçün keyfiyyətli təhsil almaq imkanlarının bərabər səviyyədə təmin edilməsi üçün, bu baxımdan, xüsusilə etnik azlıqların spesifik tələbatlarına diqqət yetirilməlidir
Hər bir qadın üçün, xüsusilə həssas qruplar üçün, sağlamlıq xidmətlərinə şəhərdə və kənddə fiziki və maliyyə baxımından əlçatanlığın artırılması təmin edilməlidir.
Bütün bunlara nail olmaq üçün, mümkün qədər çox qadının qərar qəbul etmə proseslərində iştirak etməsi vacibdir. Buna görə də siyasi partiyalar mütləq:
Partiya daxilində gender siyasətini hazırlamalı, inkişaf etdirməli və tətbiq etməlidir;
cinsi təcavüzlə bağlı aydın siyasət yaratmalıdır;
Qadın namizədlərin cəlb edilməsi və irəli sürülməsi üçün aydın qaydalar müəyyən etməlidir;
Partiya üzvləri üçün peşə inkişafı sistemi hazırlamalı və tətbiq etməlidir;
Həm seçki, həm də qeyri-seçki dövründə resursların bölüşdürülməsi üçün aydın və şəffaf qaydalar yazmalıdır;
Qadın üzvlərin partiya resurslarına bərabər əlçatarliqını təmin etməlidir.
Unutmayaq ki, ümumi çətinliklərə baxmayaraq, biz, qadınlar, müxtəlif təcrübə və ehtiyaclara malik qrupu təmsil edirik. Buna görə də, dövlətin yalnız bir ümumi yanaşmaya malik olmaması, həmçinin gender transformativ, inklüziv və interseksional siyasətlərin hazırlanmasında məsuliyyət daşımalıdır.
Qadınlarımızın ehtiyacları fərqlidir, çünki biz: şəhər və kənd yerlərində yaşayan qadınlar, əlilliyi olan qadınlar, etnik və dini azlıq nümayəndəsi olan qadınlar, queer qadınlar, immiqrant qadınlar, işğal olunmuş ərazilərdə yaşayan və bir ümumi məqsəd uğrunda mübarizə aparan qadınlarıq– biz birgə bərabər və inklüziv bir mühit yaratmaq üçün mübarizə aparırıq. Qadınların fundamental hüquqlar əldə etmək və onları qorumaq uğrunda fasiləsiz mübarizəsi feminizmin nailiyyətləri ilə daha da güclənir. Bu, hər kəs üçün, xüsusilə də hakimiyyətdən və imtiyaz sahibi olan şəxslərə işarə olmalıdır ki, qadınlar sosial ədalət və bərabərlik uğrunda mübarizəni dayandırmayacaqlar. Çünki bizim mübarizəmiz dəyişikliklərlə bağlıdır.
Və ən əsası, unutmayaq ki, bizim səsimiz – bizim gücümüzdür. Bizim səsimiz hər yerdə, şəhər və kənd meydanlarında, bazarlarda, küçələrdə, iş yerlərində, seçki məntəqələrində və Gürcüstan parlamentində mütləq eşidiləcək.
–
Məqalə “Qadınlar ümumi gələcək üçün (WECF) – Gürcüstan” təşkilatı tərəfindən “İnkluziv gələcək: dəyişikliklər qadınların, gənclərin və azlıqların gücləndirilməsi üçün” layihəsi çərçivəsində hazırlanmışdır.Layihə USAID-in “Birlik müxtəliflikdədir” proqramı çərçivəsində həyata keçirilir və bunu Gürcüstan BMT Assosiasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirir.
Məqalədə ifadə olunan rəy və fikirlər “Qadınlar ümumi gələcək üçün (WECF) – Gürcüstan” məxsusdur və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin və BMT-nin Gürcüstan Assosiasiyasının rəsmi mövqeyi kimi qəbul edilməməlidir.